Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları (FOTO/VİDEO)

Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları (FOTO/VİDEO)
Azərbaycan ordusunun 2018-ci ilin hazırlıq planına əsasən, noyabrın 12-də komanda-qərargah hərb oyunları (KQHO) başlayıb.

Bu barədə Ann.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Döyüş əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyət səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə keçirilən hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növləri və qismləri, eləcə də, xüsusi təyinatlı qüvvələr cəlb edilib.

KQHO-da kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarə edilməsini təmin etmək üçün məlumatların sürətli ötürülməsi, əməliyyat şəraitinə uyğun dərhal qərarların qəbul edilməsi və digər vərdişlər icra olunacaq.
 



www.ann.az

Xəbər lenti