Azərbaycan Ordusu bu kəndləri işğaldan azad etdi

Azərbaycan Ordusu bu kəndləri işğaldan azad etdi
"Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Ann.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev özünün tvitter hesabında yazıb.

Dövlət başçısı Qubadlı rayonunun 4 kəndinin azad olunduğunu elan edib:

"Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti