Azərbaycan nümayəndə heyəti və səfir ABŞ-da mühüm görüşlər keçiriblər (FOTO)

Azərbaycan nümayəndə heyəti və səfir ABŞ-da mühüm görüşlər keçiriblər (FOTO)
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti Vaşinqtonda səfərdədir. Nümayəndə heyətinin tərkibində işçi qrupun rəhbəri Səməd Seyidov və qrupun üzvləri Asim Mollazadə, Erkin Qədirli və Nigar Arpadarai yer alıblar.

Deputatlar Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən ABŞ-Azərbaycan parlamentlərarası əlaqələrinin gücləndirilməsi və gündəlikdə olan məsələlərin müzakirəsi məqsədilə ABŞ Konqresinin Senatında, ABŞ Nümayəndələr Palatasında və ABŞ Dövlət Departamentində bir sıra görüşlər keçiriblər.

Ötən gün Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun dörd nəfərdən ibarət nümayəndə heyətinin iştirakı ilə ABŞ-ın nüfuzlu "Atlantik Şurası” beyin mərkəzində dəyirmi masa müzakirələri keçirilib.

Müzakirələr zamanı ikitərəfli ABŞ-Azərbaycan münasibətləri, bölgəmizdə Vətən müharibəsindən sonra yaranmış vəziyyət barədə fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Səfərdə iştirak edən millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, bu gün ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miks (Gregory Meeks), beynəlxalq hüquq və ədalət uğrunda mübarizə aparmış, Azərbaycanın əsl dostu, Konqresin Azərbaycan Qrupunun həmsədri, Texas ştatından olan konqresmen Henri Cuellar (Henry Cuellar) və kaliforniyalı konqresmen Cey Obernolte (Jay Obernolte) ilə görüşüblər.

Bu görüşlərdə Azərbaycan-ABŞ münasibətlərinin bütün spektri müzakirə edilib. Nümayəndə heyətinin səfəri noyabrın 21-də başa çatacaq.





www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti