Azərbaycan neftinin qiyməti 69 dolları ötüb

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,59 dollar yaxud 0,86% artıb.

Ann.az xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 69,09 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

www.ann.az

Xəbər lenti