"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 122 dolları ötdü.
Ann.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,08 ABŞ dolları, yaxud 0,89% artaraq 122,70 ABŞ dolları təşkil edib.
Ötən həftənin şənbə günü "Brent” markalı neftin bir bareli 112,55 ABŞ dolları olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
www.ann.az