Azərbaycan millisinin üzvü ABŞ-da 8-ci qolunu vurdu (VİDEO)

Azərbaycan millisinin üzvü ABŞ-da 8-ci qolunu vurdu (VİDEO)
Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) növbəti qolunu vurub. 

Ann.az xəbər verir ki, "Finiks Rayzinq" klubunda çıxış edən 29 yaşlı hücumçu bu dəfə "Las-Veqas Layts"la səfər matçında fərqlənib. Meydana start heyətdə çıxan Dadaşov 90+5-ci dəqiqədə son nöqtəni qoyub - 2:0. Bu, təcrübəli forvardın USL-də 8-ci qolu olub. 

Hazırda "Finiks Rayzinq" 11 oyundan 23 xalla B qrupunda liderdir.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti