Azərbaycan millisinin Malta toplanışı və yoldaşlıq görüşləri ləğv olundu

Azərbaycan millisinin Malta toplanışı və yoldaşlıq görüşləri ləğv olundu
Azərbaycan millisinin Malta toplanışı və yoxlama oyunları ləğv edilib.

Ann.az-ın məlumatına görə, buna son zamanlar dünyanın müxtəlif ölkələrində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılması, yaranmış vəziyyətin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi dəyərləndirilməsi səbəb olub.

Malta bir neçə Avropa ölkəsindən (Almaniya, Fransa, İspaniya, İsveçrə) təyyarə reyslərini qəbul etməməsi, Azərbaycan milli komandasının heyətinə xarici ölkələrdən dəvət olunan futbolçuların səyahət riskinin (virusla əlaqədar) olması, komanda üzvlərinin və nümayəndə heyətinin yoluxma ehtimalının qarşısının alınmasını nəzərə alan AFFA bu addımı atıb.

Bu üzdən Azərbaycan milli komandasının martın 23-dən 31-dək Maltada təşkil olunması nəzərdə tutulmuş təlim-məşq toplanışı ləğv edilib. Hazırlıq prosesi çərçivəsində martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta millisi ilə keçiriləcək yoldaşlıq oyunları da keçirilməyəcək.

Bununla əlaqədar AFFA tərəfindən UEFA-ya, Malta və Lixtenşteyn futbol federasiyalarına müvafiq qaydada məlumat verilib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti