Azərbaycan millisi Macarıstana qarşı

Azərbaycan millisi Macarıstana qarşı
Bu gün Azərbaycan milli komandası "AVRO-2020"nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Ann.az xəbər verir ki, rəqib Macarıstan millisi olacaq. Budapeştdəki "Groupama Arena"da təşkil olunacaq qarşılaşmanı Dennis Yohan Higlerin rəhbərliyi altında hollandiyalı hakimlər briqadası idarə edəcək.

Bu iki komanda arasında 6-cı qarşılaşma olacaq. Əvvəlki 5 matçın hamısında Macarıstan qələbə qazanıb. Üstəlik, rəqib ən azı 3 qol vurub. DÇ-1998-in seçmə mərhələ matçlarında Azərbaycan evdə 0:3, səfərdə 1:3, "AVRO-2020"nin seçmə oyunlarında evdə 0:4, səfərdə 0:3, cari seçmə tsikldə isə evdə 1:3 hesabı ilə uduzub.

Hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb. Nikola Yurçeviçin baş məşqçi olduğu kollektiv yalnız qələbə təqdirində qrupda son pillədən qurtulmaq baxımından böyük addım atacaq. Yerli komandaya isə "AVRO-2020"nin final mərhələsinə vəsiqə şanslarını qorumaq üçün mütləq qələbə lazımdır.
 
AVRO-2020
Seçmə mərhələ
VIII tur

13 oktyabr
20.00 Macarıstan - Azərbaycan
Hakimlər: Dennis Higler, Yohan Balder, Yoost van Zuylen, Bas Niyhuys (Hollandiya).
Hakim-inspektor: Miroslav Liba (Çexiya).
UEFA nümayəndəsi: Ariel Kennet Şayman (İsrail).
Budapeşt. "Groupama Arena".
 

1

Xorvatiya

6

4

1

1

13:5

13

2

Slovakiya

6

3

1

2

10:8

10

3

Macarıstan

6

3

0

3

7:9

9

4

Uels

5

2

1

2

5:5

7

5

Azərbaycan

5

0

1

4

5:13

1



www.ann.az

Xəbər lenti