Azərbaycan millisi Hollandiya və Xorvatiya ilə eyni qrupda

Azərbaycan millisi Hollandiya və Xorvatiya ilə eyni qrupda
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. 

Ann.az xəbər verir ki, tədbir Türkiyənin İstanbul şəhərində təşkil olunub.

Yarışda iştirak edəcək 24 komanda püşklə 4 qrupa bölünüb. Bu yığmalardan 4-ü püşksüz qruplara ayrılıb. Söhbət bu il avqustun 23-dən sentyabrın 8-dək keçiriləcək çempionatın ev sahiblərindən gedir. Belə ki, Macarıstan, Polşa, Slovakiya və Türkiyə fərqli qruplara bölünüb. Digər 20 komanda isə püşkə görə qruplara ayrılıb.

AVRO-2017-də göstərdiyi nəticəyə görə növbəti çempionata vəsiqə əldə edən Azərbaycan millisi püşkatmada 3-cü səbətdə qərarlaşıb. Püşkün nəticəsinə görə, komandamız C qrupuna düşüb. Qızlarımız 1/8 final uğrunda Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya ilə yarışacaq.

A qrupu
Türkiyə
Serbiya
Bolqarıstan
Fransa
Finlandiya
Yunanıstan

B qrupu
Polşa
İtaliya
Belçika
Ukrayna
Portuqaliya
Sloveniya
 
C qrupu
Macarıstan
Hollandiya
Xorvatiya
Azərbaycan
Rumıniya
Estoniya

D qrupu
Slovakiya
Rusiya
Almaniya
Belarus
İspaniya
İsveçrə

Qeyd edək ki, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən yarış yeni formatla baş tutacaq. Qrup mərhələsində ilk 4 yeri tutanlar 1/8 finala yüksələcək.


www.ann.az

Xəbər lenti