Azərbaycan millisi gerilədi

Azərbaycan millisi gerilədi

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, hesabında 1362 xal olan Azərbaycan yığması siyahıda 14-cü pillədə qərarlaşıb. Joze Alessionun baş məşqçisi olduğu millimiz ötən reytinq cədvəli ilə müqayisədə 1 pillə geriləyib. Bu geriləmə komandamızın son 2 ayda 2-ci enişidir. Oktyabrda 12-ci olan əvvəl Xorvatiyanı, indi isə Kolumbiyanı qabağa buraxıb.Gələn il keçiriləcək Avropa çempionatının final mərhələsindəki rəqiblərimizdən olan İtaliya planetin 3-cü komandası adını qoruyub – 1755 xal. 1323 xala malik Sloveniya da 17-ci pillədə qalıb.Qeyd edək ki, siyahıya isə İspaniya (1973) və Braziliya (1944) milliləri başçılıq edir. ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti