Azərbaycan millisi ev oyununu bu ölkədə keçirəcək

Azərbaycan millisi ev oyununu bu ölkədə keçirəcək
UEFA Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Monteneqro oyununun məkanı bəlli olub.

Ann.az xəbər verir ki, matç noyabrın 14-də Xorvatiyanın paytaxtı Zaqrebdəki "Maksimir" stadionunda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandanın IV turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti