Azərbaycan millisi dünya çempionatında ilk qələbəsini qazandı (FOTOLAR)

Azərbaycan millisi dünya çempionatında ilk qələbəsini qazandı (FOTOLAR)
Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandası Yaponiyadakı keçirilən dünya çempionatında ikinci oyununu keçirib.

Ann.az xəbər verir ki, C qrupunda yer alan koamndamız Cənubi Koreya ilə qarşılaşıb. Kobe şəhərində təşkil olunmuş qarşılaşmadan Faiq Qarayevin baş məşqçi olduğu kollektiv qalib ayrılıb - 3:1. 

İlk 2 seti 25:18 hesablı üstünlüklə tamamlayan Azərbaycan millisi üçüncü setdə ciddi müqavimətlə üzləşib. Nəticədə Cənubi Koreya seti öndə tamamlayıb - 25:23. Lakin dördüncü set həlledici olub. Qarayevin komandası yenə 25:18 hesablı üstünlüklə görüşün taleyini həll edib.

Bu, dünya çempionatında ilk qələbə olub. Birinci turda Azərbaycan ABŞ-a 0:3, Cənubi Koreya isə Tailanda 2:3 hesabı ilə uduzub. Bu gün isə ABŞ Trinidad və Tobaqonu 3:0 (25:11, 25:11, 25:11) hesabı ilə məğlub edib. Saat 14:20-də Tailand Rusiya matçı başlanacaq.

Qeyd edək ki, bu oyunlardan sonra C qrupunda turnir cədvəlinə 6 xalla ABŞ başçılıq edir. Sonrakı 2 yerdə gedən Rusiya və Azərbaycanın hərəyə 3 xalı var. Tailand 2 xalla 3-cü, Cənubi Koreya 1 xalla 4-cü pillələrdədi. Xalı olmayan Trinidad və Tobaqo isə 6-cı pillədə qərarlaşıb.
 

















www.ann.az

Xəbər lenti