Azərbaycan külək və kiçik su elektrik stansiyalarının gücünü artırır

Azərbaycan külək və kiçik su elektrik stansiyalarının gücünü artırır
Azərbaycan külək elektrik stansiyaları (KES) və kiçik su elektrik stansiyalarının (KSES) güclərini artırır.Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən «APA-Economics»ə verilən məlumata görə, bu, tikintisi planlaşdırılan yeni stansiyaların hesabına həyata keçiriləcək və 2020-ci ilə qədər ölkədə KES-lərin gücü 512,5 MVt, KSES-lərin gücü 60 MVt-a çatdırılması planlaşdırılır. Belə ki, üç mərhələdən ibarət olacaq layihənin ilk hissəsi 2014-2016-cı illəri əhatə edəcək və burada ölkədəki KES-lərin gücü 150 MVt, 2017-2018-ci illərdə daha 150 MVt gücündə yeni stansiyalar tikiləcək. Sonuncu, üçüncü mərhələdə isə (2019-20-ci illər) gücü 212,5 MVt olan daha bir neçə bu tip stansiya tikilərək istifadəyə veriləcək. Həmçinin, ilk mərhələdə (2014-2016-cı illər) Azərbaycanda kiçik su elektrik stansiyalarının gücü 15 MVt artırılacaq. Layihənin ikinci mərhələsində (2016-2018-cı illər) KSES-lərin gücü daha 20 MVt, sonuncu mərhələdə isə (2019-20-ci illər) daha 25 MVt artırılacaq. Bu arada, Azərbaycanda biokütlədən alınan enerjinin də gücü artırılacaq. Belə ki, 2014-2016-cı illərdə yeni tikiləcək stansiyalar hesabına bu növ enerjinin gücü 100 MVt, 2017-2018-cı illərdə isə 200 MVt artırılacaq. Sonuncu, 2019-20-ci illəri əhatə edən 3-cü mərhələdə isə ölkədə biokütlə enerjisinin istehsalı daha 215 MVt artırılacaq. Beləliklə, 2020-ci ilin sonuna kimi Azərbaycanda yeni tikiləcək stansiyalar hesabına biokütlə enerjisinin gücü 515 MVt gücündə artırılacaq. Qeyd edək ki, 2020-ci ilə qədər ölkənin enerji balansında alternativ enerji mənbələrinin payının 20%-ə çatdırılması nəzərdə tutulub. Növbəti 10 ildə isə bu rəqəmin daha da artırılması planlaşdırılır.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti