Azərbaycan İrana qaz ötürülməsi layihəsinə yenidən baxacaq

Azərbaycan İrana qaz ötürülməsi layihəsinə yenidən baxacaq
R. Abdullayev İrana qaz satışı ilə bağlı dondurulmuş layihəyə yenidən baxılacağını açıqlayıb

Azərbaycan qaz anbarlarının böyük imkanları var. İranın yayda yığılan texniki qazının Azərbaycan qaz anbarlarında saxlanılması və qışda yenidə onlara qaytarılması üçün müzakirələr gedir.

Bunu ANS-ə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

R. Abdullayev İrana qaz satışı ilə bağlı dondurulmuş layihəyə yenidən baxılacağını açıqlayıb: "2009-cu ildə İrana qaz satışı üzrə müqavilə imzalamışdıq. Bununla bağlı hələ Astarada kompressor stansiyası da tikdik və cənab Prezident də onun açılışını etdi. Məqsəd həm Naxçıvanın qazla təminatını yaxşılaşdırmaq, həm də əlavə qazların İrana satışını həyata keçirmək idi. Amma sanksiyalar başladı və ödəniş problemləri yarandığı üçün biz onu dondurduq. Bu layihəyə də yenidən baxacağıq".

SOCAR rəsmisi həmçinin İran qazının Azərbaycan qaz anbarlarında saxlanılması məsələsinə də aydınlıq gətirib: "Azərbaycanın qaz anbarlarında imkanlar çox genişdir. 2008ci ildən sonra biz bura investisiya yatırdıq və qaz anbarlarının həcmini 800 mln. kubmetrdən 3,5 mlrd. Kubmetrə çatdırdıq. Hətta bu qaz anbarlarının həcminin 5-6 mlrd. Kubmetrə bərabərdir. Bizə bu qədər həcmi tam istifadə etməyə ehtiyac yoxdur, amma İranın buna ehtiyacı var. Bu baxımdan İranın yay qazının texniki qaz kimi yığılması və qışda yenidən İrana qaytarılması məsələləri ətrafında müzakirələr gedir", deyə SOCAR prezidenti əlavə edib.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti