Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb.

Ann.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında imzalanan strateji tərəfdaşlıq sənədinə uyğun olaraq münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib.

Söhbət zamanı ölkələrimiz arasında enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.




www.ann.az

Xəbər lenti