Azərbaycan hərbçisi Ağdamda minaya düşdü

Azərbaycan hərbçisi Ağdamda minaya düşdü
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb.

Bu barədə Ann.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ə.Umarov Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb. Daha sonra yaralı hospitala yerləşdirilib, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti