Azərbaycan dəmir yolu ilə konteyner daşımalarını artıracaq

Azərbaycan dəmir yolu ilə konteyner daşımalarını artıracaq
"Bu il dəmir yolu ilə konteyner daşımaların həcminin 50 faizdən çox artacağı proqnozlaşdırılır".

"Report”un məlumatına görə, bunu "Caspian European Club”ın dəstəyi ilə keçirilən Beynəlxalq "Transport B2B Forum”u çərçivəsində "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Konteryner” MMC-nin Biznesin inkişafı üzrə direktoru Rəşad  Məcidov deyib.

Onun sözlərinə görə, ötən il 2018-ci illə müqayisədə konteynerlə yük daşımaların həcmi 43% artıb.

O bildirib ki, 2019-cu ildə dəmir yolu ilə 45 min konteyner daşınıb: "Bu isə 2018-ci ilə nisbətən 56 faiz artım deməkdir. Bu il üçün də 50 faizdən çox artım, yəni 75-80 min konteyner daşınması proqnozlaşdırırıq”.


www.ann.az

Xəbər lenti