“Azərbaycan Dəmir Yolları": Xırdalan stansiyasında texniki nasazlıq aradan qaldırılıb

“Azərbaycan Dəmir Yolları
Bu gün saat 08:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin Xırdalan stansiyasının kontakt rabitə şəbəkəsində nasazlıq yaranıb.

Bu barədə Ann.az-a qurumdan bildirilib. 

Məlumatda deyilir ki, yağışlı hava şəraitinin yaratdığı atmosfer gərginliyi nəticəsində kontakt şəbəkəsində izolyator zədələnib. Bununla da, Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə dayanmalı olub. Nasazlıq təcili aradan qaldırılıb və qatarlar hazırda qrafikə uyğun hərəkət edir.

"Azərbaycan Dəmir Yolları” yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. 

www.ann.az

Xəbər lenti