Azərbaycan boksçuları Avropa Çempionatının ¼ finalına çıxıb

Azərbaycan boksçuları Avropa Çempionatının ¼ finalına çıxıb
Rusiyanın Anapa şəhərində Azərbaycan boksçularının da iştirak etdiyi gənclər arasında boks üzrə Avropa Çempionatının ¼ finalçıları məlum olub.
Gün.Az xəbər verir ki, dünən, yarışın üçüncü günü rinqə dörd boksçu çıxıb.
Hüseyn Taverdili (70 kq) və Şürkan Mehtiyev (80 kq-dan yuxarı) qələbə qazanıb, Şamil İbrahimzadə (60 kq) və Turan Həsənli (66 kq) məğlub olub və medallar uğrunda mübarizəni dayandırıb.
Bu gün ¼ final qarşılaşmalarının bir hissəsi keçiriləcək. Rüfət Hüseynov (46 kq), Ümid Rüstəmov (50 kq), Pərviz Quliyev (57 kq) və Rövşən Musayev (75 kq) rinqə çıxacaqlar. Sabah bu mərhələdə Tayfur Əliyev (52 kq), Hüseyn Taverdili (70 kq) və Şürkan Mehtiyev (80 kq-dan yuxarı) mübarizə aparacaqlar.
ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti