Azərbaycan beynəlxalq gözəllik yarışmasında təmsil olunacaq - FOTOLAR

Azərbaycan beynəlxalq gözəllik yarışmasında təmsil olunacaq - FOTOLAR

Noyabrın 29-da İstanbulda “Miss Eurovision of the world” beynəlxalq gözəllik müsabiqəsinin finalı keçiriləcək.

“High Life Fashion & Model Academy”nin baş direktoru Aqil Məmiyevin Gün.Az-a verdiyi məlumata əsasən, ölkəmizi yarışmada 22 yaşlı model Anastasiya Bern təmsil edəcək.

A.Bern artıq bir neçə gündür ki, İstanbuldadır. “Miss Eurovision of the world” yarışına ciddi hazırlaşır.

Qeyd edək ki, “Miss Eurovision of the World” müsabiqəsində dünyanın 58 ölkəsindən qızlar iştirak edir. Türkiyəni yarışmada Derya Erdem təmsil edir.

Promo-aksiyalar noyabrın 18-də başladığından müsabiqə iştirakçıları İstanbula 2 həftə əvvəldən toplanırlar.

ANN.Az

Xəbər lenti