Fəxrəddin Qurbanov(Məqalə müəllifi 2007-ci ildən etibarən Azərbaycanın Böyük Britaniyadakı səfiridir, həmçinin Kanadada səfir (2003-2007) və Vaşinqtonda konsul (1993-2001) vəzifələrində çalışıb)9 oktyabr prezident seçkilərinin bitməsi ilə əlaqədar olaraq, Azərbaycan öz doğulan demokratiyasının möhkəmlənməsində daha bir vacib mərhələni arxada qoydu. Bu seçkilər beynəlxalq və yerli müşahidəçilərin əksəriyyəti tərəfindən, həmçinin Avropa Şurası, Avropa Parlamenti, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və başqa təşkilatların müşahidəçiləri tərəfindən əsasən azad, ədalətli və şəffaf seçkilər olaraq qiymətləndirildi. Bu dəfə Azərbaycandakı seçkilərin gedişatını rekord sayda – 1200-dən çox xarici və 50 mindən çox yerli müşahidəçi izlədi. Onlar 100-dən çox ölkəni təmsil edirdilər.Ancaq demokratiya institutlarından və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının insan hüquqları üzrə Bürosundan tənqidçilər də vardı. Bu, bir həqiqətdir ki, seçkilər nöqsansız deyildi. Müəyyən nöqsanlar var və bunlar əvvəlki seçkilərdə olduğu kimi, Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırılacaq. Belə görünür ki, Azərbaycan kimi gənc, demokratik ölkələrdə təkmilləşmə üçün həmişə yer var. Seçki çatışmazlıqları bizə müəyyən ölçülər götürməli olduğumuzu, nöqsanları aradan qaldırmalı olduğumuzu və bu nöqsanların növbəti seçkilərdə təkrarlanmaması üçün fəaliyyət göstərməli olduğumuzu xatırladır. İrəliyə doğru böyük addımDemokratik ölkələrdə tənqidin olması əlbəttə vacibdir, çünki tənqid azad cəmiyyətin sütunlarından biridir. Bununla belə, tənqid hökmə çevrilməməlidir. Konstruktiv, ədalətli və əsaslı olmalıdır. Daha vacib olan məsələ isə budur ki, Azərbaycan hökümətinin böyük uğurlarına dəyər vermək üçün tənqidçilər özündə cəsarət tapmalıdırlar. Məsələn, hökümətin iqtisadi və əmək siyasətinin nəticəsi olaraq, ölkədə yoxsulluğun səviyyəsi son 10 ildə 7 faizə qədər azalıb. Azərbaycan həmçinin sahibkarlıq üçün əlverişli mühitin yaradılmasıyla əlaqədar Ümumdünya bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən tanınıb.Ölkədə insan kapitalının sonrakı inkişafı məqsədi ilə, Azərbaycanın məqsədyönlü sərmayə qoyduğu başqa bir həyati vacib sahə təhsildir. Əslində, prezident İlham Əliyev ölkənin neft kapitalını insan kapitalına çevirməkdə qətiyyətli olduğunu dəfələrlə bildirib. Hazırda Azərbaycan hökuməti dünyanın nüfuzlu universitetlərində istedadlı Azərbaycan gənclərinin təhsilini maliyyələşdirmək üçün xüsusi təqaüd proqramını reallaşdırır. Hazırda Azərbaycandan minlərlə gənc bu sxemdən xeyir götürür və bu proses ən yaxın illərdə davam edəcək. Bu növbəti nəsil üçün gənclərin maarifi üzrə hökumətin qətiyyətinin göstəricisidir, bu da öz növbəsində, xalqımızın daha da irəliləməsində rol oynayacaqdır.Bundan başqa, hökümət əhaliyə xidmət göstərilməsində şəffaflığın və səmərəliliyin artırılmasının qeydinə qalır. Son dövrlər biz dövlət xidmətlərinin asanlaşdırılması və müxtəlif insanlarla əlaqələrə ehtiyacın azaldılması üçün bütün ölkə boyu asan xidmət mərkəzləri yaratmağa başladıq. Bu həmçinin artıq bir neçə ildir həyata keçirilən elektron idarəetmənin yaxşılaşması üçün böyük əhəmiyyətə malikdir. Çox təəssüf ki, beynəlxalq KİV-də Azərbaycan hökumətinin tənqid edənlər milyonlarla azərbaycanlı xeyir gətirmiş bu əhəmiyyətli dəyişikliklərə diqqət yetirmirlər.Beynəlxalq öhdəliklər Beynəlxalq cəmiyyətin məsuliyyətli üzvü kimi bizim rolumuza baxın. Müstəqillik əldə etdikdən 20 il sonra, 2011-ci ildə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü oldu. Bu ayda biz BMT Təhlükəsizlik şurasına sədrlik edirik. Bu, beynəlxalq gündəlikdə olan əsas məsələlərin müzakirəsində konstruktiv və məsuliyyətli rol oynamağa bizə imkan yaradır.Biz həmçinin inkişaf etmək məqsədilə beynəlxalq köməyə çox ciddi yanaşırıq. Son zamanlar Azərbaycanda bütün dünyada ehtiyacı olanlara humanitar yardımların göstərilməsi üzrə xüsusi dövlət orqanı yaranıb. Məsələn, Azərbaycan onun elektron hökumətiylə və dövlət xidmətçilərinin, həmçinin gələcək diplomatların təlim planlarıyla Əfqanıstana yardım göstərir. Biz bir çox afrika ölkələrində müxtəlif humanitar layihələr həyata keçiririk. Bakıda iyunda beynəlxalq donorların iştirakıyla Fələstin üçün donor konfransı oldu, onlar Fələstin xalqına yardım edilməsi üzrə öz öhdəliklərini təsdiq etdilər.Azərbaycanın demokratik inkişafı - fasiləsiz prosesdir və son 20 ildə ölkə üçün demokratik standartların möhkəmlənməsində əhəmiyyətli irəliləyişə nail olunub. Milli qanunvericilik avropa standartına qədər yüksəldilmiş və insan hüquqlarının və əsas azadlıqların müdafiəsi üçün möhkəm qanunverici baza yaradılmışdır.Əslində, Azərbaycan demokratik ideallara yad deyil. Birinci dünya müharibəsindən sonra və Rusiya imperiyasının dağılmasından sonra, Azərbaycanda müsəlman dünyasında ilk demokratik hökumət yaradılmışdır. Bu demokratik hökümət iki il ömür sürməsinə baxmayaraq, belə qarışıq dövrdə demokratik respublika yaratmağı bacarmaq, bizim xalqımızın demokratiyaya sədaqətini əks etdirir.Məhz bu bünövrədə Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyin bərpası anından inkişaf edir və yüz il əvvəl çətin zamanlarda əcdadlarımızın nail olduqlarından ruhlanırıq.Dəstək lazımdır Demokratik ölkələrdə xalqın iradəsinə hörmətin göstəricisi kimi məna kəsb edən prezident seçkiləri Azərbaycanda 9 oktyabrda oldu. Prezident seçkilərində Əliyevin inamlı qələbəsi onun şəxsi məşhurluğunu həm də yürütdüyü siyasətə minnətdarlığı və seçicilərin dəstəyini özündə ehtiva edir. Ölkədə son 10 ildə iqtisadi inkişaf, həmçinin bir çox sferalarda müasirləşmə İlham Əliyevin yenidən prezident seçilməsini təmin etdi.Öz inkişafının bu mərhələsində Azərbaycan beynəlxalq KİV tərəfindən beynəlxalq təzyiq və ya araşdırmalara ehtiyac duymur. Bunun yerinə, demokratik standartların möhkəmlədilməsi yolunda bizə güclü dəstək lazımdır. Gələcəyə baxaraq deyəcəyəm ki, mənim ölkəm yetişmiş demokratiyanın qurulmasının strateji uzaqgörənliyinə tərəfdar olacaq. Biz bunu tənqidçilərimizin xeyrinə etmirik, ona görə edirik ki, bu, bizim gənc ölkəmizi irəli aparmaq üçün düzgün istiqamətdir. Redaktorun qeydi: Bu məqalə seçkilərdən dərhal sonra dərc edilmiş "Azərbaycanda AppGate" adlı məqaləyə cavab olaraq yazılıb.//www.aljazeera.com/indepth/opinion/2013/10/azerbaijan-deserves-international-community-support-2013102961030822877.htmlANN.Az
Azərbaycan beynəlxalq cəmiyyətin dəstəyinə layiqdir - Al Jazeera

05 Noyabr 2013, 13:26
05 Noyabr
2013
13:26
662
Xəbər lenti
-
10:01"Azercell Telecom" rabitə bazarında yeni biznes istiqamətini təqdim edir! (R)
-
17:41Pirili kəndində növbəti səyyar görüş oldu (FOTO)
-
16:22Dövlət şirkəti Azərbaycanda minlərlə yeni iş yeri yaratmağa başlayıb
-
15:29Azərbaycanın efir məkanını sahmana salan şura: Qanunu rəhbər tutan quruma qanunsuz çağırışlar
-
12:48Voleybol üzrə Zəfər Kubokunun püşkü atıldı - FOTO
-
16:37Günün yoluxma statistikası açıqlandı
-
15:59Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verildi (FOTO/VİDEO)
-
15:43Elmira Nağıyevanın səlahiyyətinə vaxtından əvvəl xitam veriləcək
-
14:50Prezident Qazaxda yol tikintisinə 6,9 milyon manat ayırdı
-
14:35Vilayət Eyvazov bu rayona rəis təyin etdi
-
11:47Rusiya raket atdı, azərbaycanlı ailə həlak oldu - FACİƏ
-
10:59AMEA: Xəzəri Aral dənizinin aqibəti gözləyə bilər
-
10:28Azərbaycan Özbəkistanla aqrar sahədə əməkdaşlıq üzrə Yol Xəritəsi imzaladı (FOTO)
-
10:22Neftimizin qiyməti 129 dollara yaxınlaşdı
-
10:09Azərbaycan hərbçilərinin tapıntısı Ermənistan Müdafiə Nazirliyini ifşa etdi (FOTO)
-
09:53Şuşada 92 il əvvəl toxunan xalça muzeyə hədiyyə olunub (FOTO)
-
18:49Taxıl sahələrinin 66 faizində biçin prosesi yekunlaşıb (FOTO)
-
14:56“Midtown” hotel və “Bolmart”dakı zəhərlənmə qidadan deyil (AÇIQLAMA)
-
14:52Şarl Mişel İlham Əliyevə zəng etdi
-
13:52Yol tikintisinə 1.4 milyon manat ayrıldı (SƏRƏNCAM)
-
12:45Azərbaycan və İran xarici işlər nazirləri görüşdü
-
12:35DTX-nin həbs etdiyi gömrükçülərlə bağlı qərar verildi
-
12:30Bakıda 34, rayonlarda 36 dərəcə isti olacaq
-
12:15Prezident 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədi
-
11:48İyulda Azərbaycanda qar yağdı
-
11:30Rusiya bu tarixdən quru sərhədlərini açır
-
10:54Deputatlara verilən bəzi pul təminatları ləğv edildi
-
10:46Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında təlim keçirildi (FOTO/VİDEO)
-
09:30Ermənilər atəşkəsi pozdu: Kəlbəcər yenidən hədəfdə
-
09:26Ceyhun Bayramov İrana getdi
-
17:16Müğənni Xan Bəyli və DJ Fateh Azercell ilə canlı yayımda! (R)
-
17:04Peyvənd olunanların sayı açıqlandı
-
16:50Son sutkada 36 nəfər koronavirusa yoluxub
-
14:22Fərid Şəfiyev: “İndi Şuşada türkün səsi eşidilir”
-
13:48Vilayət Eyvazov media nümayəndələrinə təşəkkür etdi (VİDEO)
-
12:13Paytaxtda hava küləkli olacaq, rayonlarda yağış yağacaq
-
11:46Yağış və külək nə vaxtadək davam edəcək?
-
11:36Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
-
12:40Pensiya yaşı tamam olan şəxslərin nəzərinə - Nazirdən açıqlama
-
12:05Sabah Bakıda hava yağmursuz olacaq
06 İyul 2022
05 İyul 2022
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
Digər xəbərlər
-
Siyasət, Manşet, Fotolar, Qaynari.nfo
Azərbaycan hərbçilərinin tapıntısı Ermənistan Müdafiə Nazirliyini ifşa etdi (FOTO)
-
Siyasət, Manşet
Şarl Mişel İlham Əliyevə zəng etdi
-
Siyasət
Azərbaycan və İran xarici işlər nazirləri görüşdü
-
Siyasət, Manşet
Ceyhun Bayramov İrana getdi
-
Siyasət
Fərid Şəfiyev: “İndi Şuşada türkün səsi eşidilir”
-
Siyasət, Manşet, Qaynari.nfo
Zakir Həsənov ordu rəhbərliyini topladı
-
Siyasət, Manşet
Azərbaycan Prezidenti Pakistan Senatının sədrini qəbul edib (YENİLƏNİB)
-
Siyasət, Manşet
Prezident TBMM sədrini qəbul etdi (YENİLƏNİB)
-
Siyasət
Misir Prezidentinin Azərbaycana səfəri planlaşdırılır