Azərbaycan benzin ixracını bərpa etdi

Azərbaycan benzin ixracını bərpa etdi
 Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin fevral ayında 86 168 ton dizel yanacağı ixrac edib. ARDNŞ-dan verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% çoxdur.Həmçinin, ötən ay 13 088 ton təyyarə yanacağı ixrac edilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 4,3% çoxdur. Fevral ayında ARDNŞ tərəfindən avtomobil benzininin ixracı bərpa olunub və bu, 383 ton təşkil edib. Ötən ay 34 448 ton vakuum qazoylu da ixrac edilib. Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində avtomobil benzini ixracının həcmi 383 ton, vakuum qazoylunun ixracı isə 34 448 ton olub. Bundan başqa, 2 ay ərzində ötən ilin eyni dövrünə nisbətən dizel yanacağının ixracı 2,7% azalaraq 164 275 ton, təyyarə yanacağının ixracı isə 10% artaraq 23 245 ton təşkil edib. Bu ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 970,15 ABŞ dolları, təyyarə yanacağı - 959,85 dollar, dizel yanacağı - 908,73 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 632,81 dollar təşkil edib. ANN.Az

Xəbər lenti