Azərbaycan avtomobil və dizel yanacağı istehsalını artırdı

Azərbaycan avtomobil və dizel yanacağı istehsalını artırdı
2015-ci ilin yanvar-may ayları ərzində 1 347 min ton dizel yanacağı istehsal olunub. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 20,7 % çoxdur.

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Komitənin məlumatına görə,  iyunun 1-nə olan hazır məhsul ehtiyatı isə 78,3 min ton təşkil edir.

Müvafiq dövrdə 525,6 min ton avtomobil benzini istehsal edilib ki, bu da 2014-cü ilin ilk beş ayı ilə müqayisədə 18,9 % çoxdur.

Komitə bildirir ki, iyunun 1-nə olan ehtiyat isə 90,8 min ton təşkil edir.
www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti