“Azərbaycan Avropa Olimpiya Oyunları ilə bağlı öhdəlikləri yerinə yetirir” - MÜSAHİBƏ

“Azərbaycan Avropa Olimpiya Oyunları ilə bağlı öhdəlikləri yerinə yetirir” - MÜSAHİBƏ

Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi Çarlz Hendrinin APA TV-yə müsahibəsi

- 2015-ci ildə Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək Azərbaycanda hazırlıq işləri barədə nə deyə bilərsiniz?

 

- Hesab edirəm ki, Azərbaycanın Avropa Olimpiya Oyunlarını uğurlu şəkildə təşkilini təmin etməsinin səbəblərindən biri mövcud olan və tikintisi planlaşdırılan infrastrukturun buna imkan verməsidir. Ötən gün mən hava limanından gələrkən yolda iyunda baş tutan səfərimdən sonra stadionun inşasının kifayət qədər irəlilədiyini gördüm. Mən burada idmançıların qalması üçün böyük tikililərin olduğunu müşahidə etdim. Bütün bunlar insanları bir daha əmin edir ki, Azərbaycan böyük tikinti layihələrini tez bir zamanda həyata keçirə bilər. Mən bilirəm ki, burada həyata keçirilən işlər Olimpiya Komitəsi tərəfindən də yüksək dəyərləndirilib. Məni heyrətləndirən məsələlərdən biri də burada xaricilərin işləməsidir. Mən London Olimpiya oyunlarının keçirilməsində rolu olan bir neçə insanların burada da işlədiyini bilirəm. Bu onu göstərir ki, sizin hökumət London və digər ölkələrdə keçirilmiş böyük tədbirləri təşkil edən insanların təcrübələrindən istifadə edir. Oyunlara 18 aya yaxın bir müddət qalmış oyunlara kimi tələb olunan əksər işlərin artıq görüldüyünü hesab edirəm. Hər kəs oyunların başlayacağı tarixi bilir və hər kəs ona kimi nə etməli olduğunu da bilir. Sizin ölkəniz öhdəliklərini kifayət qədər yerinə yetirir. Heç kəs oyunların baş tutmayacağı ilə bağlı şübhəsinin olduğunu ifadə etməyib.

 

 

- İki ölkə arasında qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində hansı layihələri həyata keçirmək olar?

 

- Kənd təsərrüfatı sektoru, informasiya texnologiyaları, kosmos və paralel olaraq digər qeyri-neft sahələrində sizin ölkə ilə işləmək arzusundayıq. Biz bilirik ki, Azərbaycanda dünyanın bir çox iqlimi mövcuddur. Ona görə də bu ölkədə kənd təsərrüfatını inkişaf etdirmək imkanları güclüdür. Buranın torpağı çox məhsuldar və yüksək keyfiyyətli torpaqdır. Bəzi Britaniya şirkətləri var ki, onlar dünyanın müxtəlif məhsuldar ərazilərində qlobal kənd təsərrüfatı layihələri həyata keçirirlər. Biz ümid edirik ki, onlar buradakı imkanları daha dərindən öyrənib daha yaxşı anlayacaqlar, bura gələcəklər və sizin ölkənin də istəklərinə uyğun olaraq nələr edə biləcəklərini müəyyən edəcəklər. Mən hesab edirəm ki, əsas məqsəd yalnız Azərbaycan əhalisini qidalandırmaq deyil, həm də vacib ərzaq ixracartçısına çevirməkdir. Mən Britaniya şirkətləri tanıyıram ki, bu proqramlarda Azərbaycanın tərəfdaşı ola bilərlər.

 

- Azərbaycandan Birləşmiş Krallığa hansı kənd təsərrüfatı məhsulları ixrac edilir və bunun artırılması üçün hansı işləri görmək olar?

 

- Hazırda Azərbaycandan Birləşmiş Krallığa ərzaq ixracı çox məhduddur. Lakin Birləşmiş Krallıqda bunun həcmini artırmaq üçün böyük işlər görülür. Məsələn, 2020-ci ildən Britaniya institutları tərəfindən hektara görə taxıl istehsalının artırılması ilə bağlı işlər görülür. Bu taxıl sahəsində böyük potensialı olan ölkə üçün böyük üstünlükdür. Hesab edirik ki, biz bununla böyük fərq yarada bilərik.

 

Sizin ölkədə torpağın məhsuldarlığı onu deməyə əsas verir ki, bu torpaqlar daha səmərəli şəkildə istifadə oluna bilər. Bu ölkənin dəyərliliyinə, iqtisadi şkalasının artmasına və eksport sahəsində başqa ölkələr üçün daha cəlbedici olmasına şərait yaradacaq.

 

- Londonla Pekinin bağlayacaq Bakı-Tbilisi Qarsa layihəsinin üstünlüyü nədən ibarət olacaq?

 

- Bu layihə malların Çindən Avropaya daşınmasında zaman ixtisarına səbəb olacaq. Bu dənizlə daşınma ilə müqayisədə 20 günə başa gələcək. Buna görə də iqtisadi aktivlik, iqtisadi əməkdaşlıq baxımından vacib təsirləri var. Dünyada səmərəliliyin artırılması baxımından atılan istənilən addım alqışlanır. Birləşmiş Krallıq bu dəmiryol xəttinin ən axırıncı uzaqlığındadır. Buna baxmayaraq bu xətt 21-ci əsrin ən böyük mühəndislik layihəsi olacaq.

 

Bunun işləri həyata keçirmək üçün daha cəld olmaq baxımından çox böyük iqtisadi üstünlüyü var. Əgər sən istehsalçıdan məhsulu bazara bir ay deyil, bir neçə günə daşıya bilirsənsə və ödəniş də daha tez olursa, bu böyük iqtisadi xeyir verir. Mən hesab edirəm ki, əsas problem bu qatarların sərhədlərdən keçməsi zamanı yarana bilər. Onlar böyük ölkələrin geniş boş ərazilərindən daha sürətlə keçə bilər. Əgər onlar sərhədlərdə bir neçə gün ləngiyəcəklərsə və ölkələrin sayını da nəzərə alsaq, zaman itkisi olacaq. Bu sadəcə fiziki infrastruktur deyil, bu idarə olunmalı olan, bürokratik infrastrukturdur. Daha qısa miqyasda biz La-Manş tuneli timsalında belə bir xəttin necə təsir etdiyini və hansı

üstünlük verdiyini gördük. Dəmir yol xətti etibarlıdır, dövrəlidir, asandır. Rahatlıq və proqnozlaşdırma baxımında qatarlarla daha çox iş görülür. Bu layihə ümid edirəm ki, ağlabatan vaxt qrafiki irəli sürəcək və ağlabatan iqtisadi faktor olacaq.

 

- İki ölkə arasında viza rejiminin daha da sadələşdirilməsi üçün hansı işlər görülə bilər?

 

- Bu məsələ ikitərəfli danışıqlarda müzakirə edilə bilər. Elə bir ölkələr var ki, artıq biz onlarla bu istiqamətdə bəzi addımlar atırıq. Ancaq əksər insanlar qəfil qalxıb demirlər ki, mən sabah xaricə getmək istəyirəm. Onlar deyirlər ki, bu yay tətilimi hansısa bir ölkədə keçirəcəyəm. Azı 6 ay əvvəldən bunu planlaşdırırlar. Ona görə də hesab edirəm ki, hazırkı viza proqramı baryer deyil. Mən hesab edirəm ki, insanların bura gəlməsində əsas problem odur ki, əksər insanlar bilmir ki, ölkə nə təklif edir. Onlar anlamırlar ki, ölkə nə qədər qonaqsevərdir, insanlar necə dostcasına yanaşırlar. Nə qədər yüksək keyfiyyətli otellər var, hansı xüsusi tarixi yerləri var. Əsas məsələ insanlara bunların başa salınmasıdır. Bundan sonra mən hesab edirəm ki, onlar nəinki Birləşmiş Krallıqdan, o cümlədən Avropadan insan axınını təmin edəcəklər.

 

- İki ölkə arasında ticarət səviyyəsi necədir? Birləşmiş Krallıqdan Azərbaycana daha çox hansı məhsullar ixrac olunur?

 

- İki ölkə arasında ticarətin səviyyəsi artır. Bəzi illərdə bu daha da artır, bəzi illərdə bir qədər azalır. Amma ümumilikdə artım trendi müşahidə olunur, ancaq biz bu sahədə daha çox işlər görə bilərik. Britaniya və Azərbaycan arasında güclü kommersiya əlaqələri var, amma bu sahədə də əsasən neft və qaz sahəsi dominantlıq edir. Biz bunun daha geniş sahələri əhatə etməsi arzusundayıq. Bu, mənim vəzifəmdir. Mənim vəzifəm ticarət səfiridir. O cümlədən BP-ni, nəhəng Britaniya şirkətini dəstəkləməkdir. Ancaq BP-nin artıq sizin ölkənizlə çox möhkəm münasibətləri mövcuddur.

Ancaq daha fərqli işlər görmək üçün biz neft və qaz sahəsindən başqa sahələrdə münasibətləri inkişaf etdirə bilərik. Bunu da bu bazarı daha geniş araşdırmaqla və ticarət dövriyyəsinin daha güclü inkişaf etdirilməsi ilə edə bilərik.

 

Hazırda bu iş çox aşağı səviyyədədir. Birləşmiş Krallıqdan buraya gələn mallar isə əsasən maşın sektoru ilə bağlıdır. Britaniyanın vacib avtomobilləri üçün Azərbaycan yaxşı bazardır. Lakin daha çox məhsullar ixrac etmək imkanları var və bu əməkdaşlıq gələcəkdə daha da inkişaf etdiriləcək.

ANN.Az

Xəbər lenti