Azərbaycan ABŞ və Böyük Britaniyaya yeni səfirlər təyin etdi

Azərbaycan ABŞ və Böyük Britaniyaya yeni səfirlər təyin etdi
Elin Emin oğlu Süleymanov Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

ANN.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamlarıı ilə Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında, Elin Emin oğlu Süleymanov isə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfirləri təyin edilib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti