AZAL-dan Rusiyaya səfər etməyi planlaşdıran sərnişinlərə xəbərdarlıq

AZAL-dan Rusiyaya səfər etməyi planlaşdıran sərnişinlərə xəbərdarlıq

“Azərbaycan Hava Yolları” (AZAL) Rusiyaya səfər etməyi planlaşdıran sərnişinlərə xəbərdarlıq edib.

APA-ya verdiyi məlumata görə, “Rossaviasiya”nın qərarına əsasən, bu gündən Rusiya Federasiyasının hava limanlarından uçuş zamanı sərnişinlərin özündə və ya əl yükündə olan hər hansı maye maddələrin və şəxsi gigiyenik vasitələrin baqaja təqdim olunması tövsiyə olunur.

 

AZAL sərnişinlərdən bunu nəzərə almağı xahiş edir. Sağlamlıq üçün daim  vacib olan dərmanlar, həmçinin uçuş zamanı sərnişinlərin həyat fəaliyyətini təmin edən predmetlər və şəxsi gigiyenik vasitələrin hava gəmisinin salonunda daşınması qadağan edilməyib və hava limanının aviasiya təhlükəsizliyi xidmətləri tərəfindən yoxlanmasından sonra əl yükündə daşımaya buraxıla bilərlər.

APA

Xəbər lenti