Aydın Əliyev: «Ermənistanın heç bir məhsulu Azərbaycana idxal oluna bilməz»

Aydın Əliyev: «Ermənistanın heç bir məhsulu Azərbaycana idxal oluna bilməz»

Ermənistanda istehsal olunan heç bir məhsul Azərbaycana idxal oluna bilməz.«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ermənistanda kartofda xərçəng xəstəliyinin aşkarlanması və bu məhsulun Azərbaycana gətirilməsinin qarşısının alınması məsələsinə münasibət bildirərkən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib. Onun sözlərinə görə, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün gömrük orqanlarının üzərinə böyük yük düşür: «Vahid ticarət prinsipinin tətbiqindən başlayaraq, sərhədyanı gömrük nəzarət orqanlarında səhiyyə və fitosanitariya sahəsində mütəxəssislər fəaliyyət göstərirlər. Ölkəyə daxil olan bütün məhsulların mənbəyi və keyfiyyəti araşdırılır». A.Əliyev qeyd edib ki, eyni zamanda Azərbaycanın gömrük orqanları müqabil tərəflərlə daim statistik məlumatlar mübadiləsi aparır: «Məqsəd, ölkəyə daxil olan məhsulların həcmi və yeri ilə bağlı tam məlumatlı olmaqdır. Burada söhbət təkcə xəstəlikdən getmir. Ümumiyyətlə, Ermənistanla xarici ticarətimiz yoxdur və belə bir vəziyyətdə bu heç vaxt ola da bilməz. Ona görə də müqabil tərəflə hər zaman statistik məlumat mübadiləsi aparırıq ki, Ermənistan məhsulları Azərbaycana keçirilməsin».ANN.Az 

Tərəfdaşların xəbərləri

Xəbər lenti