“Avtobuslarda kartla ödəniş sistemini tətbiq etmək çox çətin olacaq” - VİDEO

“Avtobuslarda kartla ödəniş sistemini tətbiq etmək çox çətin olacaq” - VİDEO
ANS PRESS TV-nin qonağı nəqliyyat eksperti Azər Allahverənov olubANS PRESS TV-nin bu günkü qonağı nəqliyyat eksperti Azər Allahverənov olub. Bakının şəhər nəqliyyatında kartla ödəniş sisteminin tətbiqinə həsr edilmiş söhbət zamanı ekspert bu yeniliyinin faydalarından danışıb.Onun sözlərinə görə, kart sisteminə keçidin bir çox faydaları var: Birincisi, nəqliyyatın dövriyyəsinə büdcə nəzarəti mümkün olacaq. Büdcədən kənar dövr edən yüz milyonlarla vəsait vergiyə cəlb ediləcək. İkincisi, şəhər nəqliyyatında təhlükəsizlik səviyyəsi yüksələcək, avtobus sürücülərinin “yarışı” aradan qaldırılıacaq, sürücülər indiki kimi “qul bazarından” yığılmayacaq və sükan xüsusi təlim keçmiş və rəsmi işə götürülmüş peşəkarlara tapşırılacaq. Üçüncüsü isə avtobuslar gecənin gec saatlarına qədər işləyəcək. Azər Allahverənovun sözlərinə görə, bütün dünyada metro bağlandıqdan sonra avtobuslar gecə işləyirlər, Bakıda isə tərsinədir, metro saat 24.00-a kimi işləyir, avtobuslar isə 21.00-dan sonra yoxa çıxırlar.Lakin ekspertin sözlərinə görə, bununla belə, Bakıda kart sistemini tətbiq etmək çox çətin olacaq. Çünki bunun gözə görünməyən bir çox problemləri var ki, həll edilməlidir.Verlişin tam mətni video formatda:

ANN.Az

Xəbər lenti