Avtobus dərəyə düşdü: 32 ölü

Avtobus dərəyə düşdü: 32 ölü
Tailandda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 32 nəfər ölüb.APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə  Tailandın nəqliyyat naziri Çadçart Sittxipat bildirib. Bundan əvvəl baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində 29 nəfərin öldüyü bildirilirdi. Nəqliyyat Nazirliyinin məlumatına əsasən, avtobusda 40 sərnişin olub. Nəqliyyat vasitəsi yol kənarındakı çəpərə çırpılaraq 50 metr hündürlükdən dərəyə yuvarlanıb. İlkin versiyaya görə, qəza sürücünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Hadisə şahidləri avtobusun yüksək sürətlə hərəkət etdiyini bildiriblər. Polis sərnişinlər arasında əcnəbilərin olması  barədə hələlik heç bir şərh vermir ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti