Avstriya dahisinin memarlıq şedevri - FOTO

Avstriya dahisinin memarlıq şedevri - FOTO

Rüstəm Qasımov

Memarlıq şedevri nəsillər heyran etməyə davam etdikcə ölməzlik qazanır. Bir çox görkəmli memarlar bir çox Avropa şəhərlərini büsbütün dəyişiblər, öz adlarını qızılı hərflərlə tarixə yazmaqla açıq səma altında muzeylərin yaradılmasına töhvə veriblər. Belə dahi sənətkarlardan biri, görkəmli memar və rəssam Fridensrayx Hundertvasserdir. 
 
Evi tikmək yox, yaratmaq olduğuna inanan Hundertvasser tamam başqa üslubda, təbii materiallardan istifadə etməklə kəskin bucaqlarsız və xətlərsiz tikililər icad edirdi. Bu metodla ustad öz yaratdıqlarını təbiətə, mükəmməliyə daha da yaxınlaşdırmaq istəyirdi. 

Avstriya paytaxtındakı yaşayış evi görkəmli memarın yaratdığı belə şedevrlərdən biridir. Bu tikilinin yanından keçəndə biganə qalmaq mümkün deyil. Ev təkcə parlaq rəngləri ilə deyil, Avstriya memarının vizit kartına çevrilən orijinal sütunları ilə seçilir.  

Təəssüf ki, evin içinə girib şəkillər çəkmək mümkünsüzdür, çünki burada insanlar yaşayır. 

Ancaq evin xaricdən şəklini çəkməklə yanaşı, siz Hundertvasser villacının satdığı suvenirlərdən alıb apara bilərsiniz. 

Suvenirlərə gəldikdə isə buradakı çeşid heyrətamizdir. Seçim o qədər çoxdur ki, birisinin üstündə dayanmaqda insan çətinlik çəkir. 

Ümumiyyətlə, Hundertvasserin yaratdıqlarının yanında insan özünü qəribə hiss edir, buradakı atmosfer sanki magiya,sehr və harmoniya ilə çulğalaşıb. 

Fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 











































www.ann.az

Xəbər lenti