“Avropadan mənfi impulslar ötürənlər milli maraqlarımıza xəyanət edirlər” – Deputat

“Avropadan mənfi impulslar ötürənlər milli maraqlarımıza xəyanət edirlər” – Deputat
"Avropada və Qərbdə gizlənib xalqımıza və dövlət rəhbərinə "ağıl” verən "çoxbilmişlər” düşmənlərdən də çox zərər verirlər”.  

ANN.az xəbər verir ki, bunu "MediaPost”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

O bildirib ki, milli taleyimiz baxımından çox məsuliyyətli tarixi mərhələyə qədəm qoymuşuq və Azərbaycan xalqında həmrəylik, yüksək vətənpərvərlik hissləri var:

"Bu gün Azərbaycanın maraqlarının tələb etdiyi hər hansı məqsəd üçün hər bir Azərbaycan vətəndaşı özünü fəda etməyə hazırdır. Ordumuzun gücü, ölkəmizdəki ictimai-siyasi həmrəylik, Ali Baş Komandanın xalq tərəfindən dəstəklənməsi Azərbaycanı düşmənə qarşı o qədər güclü edir ki, nəhayət, ərazi bütövlüyümüzün bərpa olunması üçün real mərhələ başlayıb. Çox təəssüf ki, belə məsuliyyətli mərhələdə bəzi marjinal qruplar – xaricdə və ölkə daxilində olan ayrı-ayrı kiçik qruplar bu tarixi mərhələdə belə Azərbaycanın milli davasına sahib çıxmırlar. Onlar dezinformasiyalar yaymaqla ən azı düşmənlər qədər, bəlkə onlardan da çox, milli mənafeyimizə zərbə vururlar. Müxtəlif təxribat xarakterli məlumatlar paylaşmaqla, Almaniya, İsveçrə, Hollandiya və digər bir sıra Avropa və Qərb ölkələrində oturub Azərbaycanın informasiya mühitinə müdaxilə edərək, buradakı həmrəyliyi pozmaqla ermənilərin dəyirmanına su tökürlər.

Düşünürəm ki, bu, Azərbaycan xalqının, ictimaiyyətinin diqqətindən yayınmır. Bu şəxsləri yenidən tanıyırlar”. 

H. Babaoğlunun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı milli məsələlərdə daha diqqətli olmalıdır: 

"Hazırda bilirik ki, Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları, təhlükəsizlik strukturları informasiyaya münasibətdə bir qədər məsuliyyətli olmağımızla bağlı məlumatlar yayırlar. Hər bir vətəndaş da buna riayət etməlidir. Təəssüf ki, internet resurslarında müxtəlif televiziyalar açıb qitənin o tayından Azərbaycanın informasiya məkanına mənfi impulslar ötürənlər bu tarixi məsuliyyətli məsələdə də bu cür hərəkətlərlə bizim milli maraqlarımıza xəyanət etmiş olurlar”. 
 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti