Avropada maşından çox velosiped satılır

Avropada maşından çox velosiped satılır
Son məlumatlara görə Avropa İttifaqının 28 ölkəsindən 26-da 2012-ci ildə velosiped alanların sayı avtomobil alanlardan çox olub. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, ekspertlər bunun səbəbini Avropadakı iqtisadi böhranla əlaqələndirirlər. İtaliyada 2012-ci ildə 1,6 milyon ədəd velosiped, 1,4 milyon avtomobil satılıb. Milan, Paris və Londonda isə yaxın zamana qədər velosipedi kirayə götürürdülər. İtaliya KİV-nin məlumatına görə, 2011-ci ildə bu ölkədə avtomobil satışı 1964-cü il səviyyəsinə düşüb. İspaniyanın paytaxtı Madriddə bu yaxınlarda velosiped marşrutu üçün 10 kilometrlik xüsusi zonanın yaradılması haqda plan açıqlanıb. Ötən il avtomobil satışı üzrə yalnız Belçika və Lüksemburq velosiped satışını üstələyib.  Digər məlumata görə, 2013-cü ilin noyabrında Londonda avtomobil qəzalarında 6 velosipedçi dünyasını dəyişib. Bu səbəbdən yollarda velosipedçilərin təhlükəsizliyi məsələsi gündəmə gəlib. ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti