Avropa Liqası: yarımfinalın püşkü atıldı

Avropa Liqası: yarımfinalın püşkü atıldı

Avropa Liqası: yarımfinalın püşkü atıldı
Avropa Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.
 
ANN.Az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olun an tədbirdə 4 komanda finala gedən yolda iki cütlüyə bölünüb.

İştirakçılar bu mərhələdə "səpələnmiş" və "səpələnməmişlər" səbətlərinə bölünməyib, bütün komandaların bir-birinə rəqib olmaq imkanı olub. Püşk turnirin əsas favoritləri hesab olunan "Arsenal" və "Atletiko"nu yarımfinalda üz-üzə qoyub. Digər cütlükdə isə "Marsel” və "Zalsburq” qarşılaşacaq.

Bu gün həmçinin Avropa Liqasının mayın 16-da Fransanın Lion şəhərindəki "Park Olimpik" stadionunda keçiriləcək final matçının nominal ev sahibi də müəyyənləşib. Püşk nəticəsində finalın nominal ev sahibi "Marsel" - "Zalsburq" cütünün qalibi olub.

Avropa Liqasının səfiri, Fransa millisinin keçmiş oyunçusu Erik Abidal püşkatma mərasimində assisent olacaq. 
 
 
Qeyd edək ki, yarım finalın ilk oyunları 26 aprel, cavab görüşləri 3 mayda keçiriləcək.

Avropa Liqası
Yarımfinal
26 aprel - 3 may
 
Arsenal (İngiltərə) - Atletiko (İspaniya)
Marsel (Fransa) - Zalsburq (Avstriya)
 
Final
16 may 

Marsel//Zalsburq -  Arsenal//Atletiko

www.ann.az

Xəbər lenti