Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gəlib.

Ann.az xəbər verir ki, ikigünlük səfər çərçivəsində T.Klaar ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Səfər zamanı Azərbaycanla Aİ arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır.

Xatırladaq ki, bu ilin iyun ayında Avropa İttifaqı Şurası Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın mandatını 2020-ci ilin fevral ayına qədər uzadıb.

www.ann.az

Xəbər lenti