Avroliqanın finalına görə Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı

Avroliqanın finalına görə Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı
Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya gələcək növbəti məşhur futbolçuların adları açıqlanıb.

Ann.az AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, yaxın vaxtlarda Eydur Qudyonssen, Deko, İrji Dudek, Revaz Arveladze və Mikael Essyen kimi ulduzlar Azərbaycan paytaxtına səfər edəcəklər.

Qeyd edək ki, final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

www.ann.az

Xəbər lenti