"AVRO-2018": Azərbaycan İspaniyaya uduzdu, Portuqaliya ilə oynayacaq

"AVRO-2018": Azərbaycan İspaniyaya uduzdu, Portuqaliya ilə oynayacaq

Futzal üzrə Azərbaycan milli komandası Sloveniyadakı Avropa çempionatında qrup mərhələsinin son oyununu keçirib.

Ann.az xəbər verir ki, rəqib 7 qat Avropa və 2 qat dünya çempionu İspaniya olub. Lyublyana şəhərindəki "Stojitse" Arenasında təşkil olunmuş qarşılaşma pireneylilərin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 14-cü dəqiqədə Pola vurub.

Bununla da İspaniya millisi D qrupunu 4 xalla 1-ci pillədə başa vurub. Azərbaycan yığması isə 3 xalla 2-ci olub. Hər iki komanda 1/4 finala yüksəlib. Fransa isə 1 xalla qrupda qalıb.

Növbəti mərhələdə İspaniyanın rəqibi Ukrayna olacaq. Azərbaycan isə Portuqaliya ilə üz-üzə gələcək. Daha 2 1/4 final görüşləri isə Serbiya və Qazaxıstan, həmçinin, Sloveniya və Rusiya arasında olacaq.

Oyunlar 5-6 fevralda keçiriləcək.

Avropa çempionatı
4 fevral

Azərbaycan - İspaniya 0:1
Qol: A. A. Perreyra, 13:21.

www.ann.az

Xəbər lenti