“Avrasiya CİS 2018" beynəlxalq konfransının nəticələri (FOTOLAR)

12 Sentyabr 2018, 12:48
12 Sentyabr
2018
12:48
3678
Sentyabrın 4-dən 7-dək Azərbaycan Milli Elmlər Akademiyasında AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə "Avrasiya CİS – 2018” adlı Beynəlxalq elmi konfrans keçirilib.
Ann.az xəbər verir ki, 4 gün davam edən konfransda Azərbaycan və Türkiyə ilə yanaşı Rusiya, ABŞ, Qazaxıstan, Moldova, Nepal, İran, Gürcüstan və digər ölkələrin alim və mtəxəssisləri, həmçinin marağı olan dövlət idarələrinin nümayəndələri və tanınmış müvafiq təşkilatların fərdi iş adamları iştirak edib, 150-yə yaxın məruzə dinlənilib.
Tədbirin əsas məqsədi coğrafi informasiya sistemlərindən elmin və təsərrüfatın müxtəlif sahələrində istifadə imkanlarını aşkara çıxarmaq olub.
AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov konfrans iştirakçılarını salamladıqdan sonra CİS texnologiyalarının ölkə ərazisində inkişaf etdirilməsi, onun nəzəri problemlərinin öyrənilməsi, praktikada tətbiq olunması və s. haqqında geniş məlumat verib.
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Prezident İlham Əliyevin ölkədə elektron hökumətin qurulması, məkan məlumatlarının strukturu, onların hökumət portallarında yerləşdirilməsi haqqında sərəncam və göstərişlər verdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, CİS texnologiyaları bu sərəncamların icrasının atributlarından biridir. Onların tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə elmi-tədqiqat işlərinin intensivləşdirilməsi və yüksək ixtisaslı kadrların hazırlanması zəruridir.
"Azərbaycan Respublikasının şərqində desertifikasiya prosesinin tədqiqat dinamikası” mövzusu ilə məruzə edən R.Məmmədov bildirib ki, müasir dövrdə CİS texnologiyalarından əksər fəaliyyət sahələrində geniş istifadə edilir. AMEA-da coğrafi informasiya sistemləri texnologiyalarının tətbiqinin elmi-nəzəri əsasları araşdırılır, bu sahədə mövcud problemlərin həlli məsələləri ilə bağlı mühüm işlər görülür, bir sıra layihələr həyata keçirilir. Akademik məruzəsində Abşeron yarımadasında intensiv gedən səhralaşma prosesindən danışıb. Qeyd edib ki, peyk şəkilləri, CİS texnologiyaları ilə əldə olunan məlumatlar əsasında ərazinin xəritə sxemləri tərtib edilib.
Sonra Səlcuq Universitetinin professoru Fərrux Yıldız, avstraliyalı alim professor Ali Akbar Rasuli, türkiyəli dr. Emin Bank və başqaları çıxış edərək CİS texnologiyalarının elmin müxtəlif sahələrində tətbiqinin dinamik inkişafı, mövcud problemlərin həlli üçün mühüm tədbirlərin görülməsi ilə bağlı fikirlərini bölüşüblər.
"Coğrafi informasiya sistemləri”, "Məkan verilənlərinin strukturu və onların CİS-də tətbiq”, "Məkan analizlərinin CİS-də tətbiqi”, "Ətraf mühitin monitorinqi”, "CİS-də təbii fəlakətlərin və təbii resursların idarə olunması”, "CİS-də torpaq, su və iqlimin tədqiqi”, "Kadastr, torpaq planlaşdırılması və idarəetmə”, "GPS, məsafədən zondlama və CİS”, "CİS vasitəsilə Yerin müşahidəsi və geodezik ölçmələrin üsulları” konfransda müzakirə olunan prioritet mövzular olub.
Sonra plenar iclasda məruzələrə başlanılıb.
Konfransda məsafədən zondlama metodlarının təsnifatı, torpaq örtüyü və torpaqdan istifadənin xəritələşdirilməsi, Azərbaycan və Türkiyədə istifadə olunan kadastr texnologiyaları, sahil zonaları boyunca meteoroloji proqnozlar, Azərbaycanda və Gürcüstanda eroziya proseslərinin proqnozlaşdırılması üçün məsafədən zondlama, dron texnologiyalarından təsərrüfatın müxtəlif sahələrində, seysmologiyada və onun memarlıq modelləşdirilməsi sahəsində tətbiqi, eləcə də taramanın (ckan edilmə) lazer texnologiyaları vasitəsi ilə müqayisəsi və s. məsələlər müzakirə olunub.
Avstraliyalı alim Əli Rasuli özününün təqdim etdiyi məruzələrində Azərbaycanın zəbt olunmuş ərazilərində bitki örtüyü, Abşeron göllərinin su sərhədləri və Urmiya gölü ətrafında yer örtüyü dəyişkənliyinin təyin edilməsi məqsədilə kosmik təsvirlərin deşifrlənməsi haqqında məlumat verib.
BP Şirkətinin coğrafi informasiyalar üzrə mütəxəssisi Emil Bayramov Azərbaycanda CİS-in tədqiqi ilə neft və qaz boru kəmərləri boyunca eroziya proseslərinin proqnozlaşdırılması, bu ərazinin bitki örtüyü bərpasının monitorinqi metodları haqında danışıb.
Diqqəti cəlb edən məruzələrdən biri də türkiyəli profesosor Filiz Bektaş Balcikin "Müxtəlif bitki indekslərinin istifadəsi ilə torpaqdan istifadə və torpaq örtüyünün təsnifatı üçün kocmik təsvirlərin analizi” olub. Məruzəçi kosmik təsvirlərin təsnifatının optimal üsulunu təqdim etməklə onların yer örtüyü temperaturu ilə qarşılıqlı əlaqəsini qiymətləndirib.
Yerli təşkilatların nümayəndələri torpaq sahələrinin kadastr qiymətləndirilməsini, habelə şəxsi daşınmaz əmlakın qeydiyyatını, torpaq sahələrinin kadastr qiymətləndirilməsində Azərbaycanın mövcud imkanlarını təqdim etmək üçün mövcud texnologiyaları nümayiş etdirmişlər.
Coğrafiya üzrə fəlsəfə doktoru Xasiyət İsmətova məruzəsində ətraf mühit, neft-qaz, su problemləri və s. kimi müxtəlif nümunələrə istinadən kosmik təsvirlərin analizində məsafədən zondlama və geoinformatik texnologiyaların qabaqcıl metodlarınından danışıb.
Cİ əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Natəvan Cəfərova özünün "Daşqın zamanı Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində onun məcrasının dəyişməsi” məruzəsində peyk informasiya monitorinqi və 3D modelinin yaradılması vasitəsilə Kür çayının yuxarı məcrasında müxtəlif vaxtlarda sel hadisələri proqnozunun alınması haqqında məlumat verib.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Gülbəniz Qənbərova çıxışında bildirib ki, Nazirlik kənd investisiya layihəsi çərçivəsində kəndlərdə müxtəlif mikrolayihələr həyata keçirir ki, onlardan 3 milyon 600 minədək insan faydalana bilir. layihənin veb saytında coğrafi informasiya sistem xəritəsi hazırlanıb ki, istənilən şəxs internetdə onlayn olaraq oradan öz kəndləri haqqında – görülən işlər, maliyyəsi, büdcəsi, dayanıqlığı və s. lazım olan məlumatı əldə edə, rəylərini bildirə bilirlər.
Məruzə və müzakirələrdən sonra konqresin qərar layihəsi iştirakçılar tərəfindən yekdilliklə qəbul edilib və müvafiq təşkilatlara göndərilməsi tövsiyə edilib.
04-07 sentyabr 2018-ci il tarixlərində Bakı, Azərbaycanda keçirilən "Avrasiya CİS 2018 Konqresi"nin qərarı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə elektron hökumətin qurulması, məkan məlumatlarının strukturu, onların hökumət portallarında yerləşdirilməsi haqqında sərəncam və göstərişlərinin icrasının atributlarından biri CİS texnologiyalarının ölkə ərazisində inkişaf etdirilməsi, onun nəzəri problemlərinin öyrənilməsi, praktikada tətbiq olunmasıdır. Bununla əlaqədar keçirilən Konqress Coğrafi İnformasiya Sistemləri sahəsində innovativ təhlil tərkibli praktiki məsələlərin müzakirəsi və mübadiləsinə, elm-tədqiqat, QHT və hökümət qürumları nümayəndələrinin səylərinin cəmlənməsinə yönəldilib. Coğrafi İnformasiya Sistemləri məsafədən zondlama məlumatlarının interpretasiya və təhlilinin müasir metodlarının işlənməsinə, kosmik çəkilişlərinin nəticələrinin istifadəsi əsasında yeni texnologiyaların tətbiqinin vacibliyini nəzərə alaraq qərara alınır:
1. Coğrafi İnformasiya Sistemləri, məkan verilənlərin strukturu, məkan analizlərinin tətbiqinin aparılan elmi tədqiqatlarda geniş istifadə olunması və bu istiqamətdə təlim və treyninqlərin aparılması ilə müasir tələblərə uyğun olan səviyyəyə gətirilməsi və yüksək ixtisaslı kadrların hazırlanması tələb olunur.
2. Ətraf mühitin monitorinqində, təbii fəlakətlərin və təbii resursların idarə olunmasında məkan verilənlərindən istifadə edərək əvvəlcədən təhlükələrin aşkar edilməsi və fəlakətlərin qarşısının alınmasında CİS təhlilin zəruriliyi və vacibliyi səbəbindən istifadəsi xeyli artırılmalıdır.
3. Torpaq, su və iqlim tədqiqatlarında, kadastr, torpaq planlaşdırılması və idarə edilməsində CİS təhlildən istifadə edərək verilənlər bazasının yaradılması və kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi ölkələrdə və xüsusi ilə Azərbaycanda qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payının artmasına təkan verə bilər.
4. GPS, məsafədən zondlama və geodezik ölçmələr üsulları ilə geniş ərazilərin qlobal iqlim dəyişmələri, tektonik hərəkətlər, səhralaşma və bu kimi diqər qlobal problemlərin tədqiqində beynəlxalq verilənlər bazasının yaradılması istiqamətində aparılan işlərin artırılması tələb olunur.
5. Regionların və ölkələrin davamlı sosial-iqtisadi inkişafının və məşqulluğun təhlil edilməsində Coğrafi İnformasiya Sistemlərinin imkanlarından geniş istifadə edərək problemlərin aşkar edilməsi və aradan qaldırılması sahəsində işlərin aparılması zəruridir.







www.ann.az
Xəbər lenti
-
10:43Azərbaycan və Belarus müdafiə nazirləri görüşüb
-
10:36İki xəstəxanasına yeni baş həkim təyin olundu
-
10:21Məşhurlar Leyla Əliyeva ilə bir arada (FOTOLAR)
-
10:16SOCAR və “KazMunayQaz” arasında memorandum imzalanıb (FOTOLAR)
-
10:10"Aztelekom"un sabiq baş direktorunun məhkumluğu ləğv edildi
-
09:38Azərbaycanlı elm adamından sensasion açıqlama: “Ölümün də qarşısını ala biləcəyik”
-
22:26Bakıda fantastik qiymətə qarajlar satılır (VİDEO)
-
21:54Azərbaycanda vulkan xəbərdarlığı: evlər satışa çıxarıldı (VİDEO)
-
17:45Şamaxıda yollar buz bağladı
-
17:18İlk peşə-ixtisas təhsili alan şagirdlərin buraxılış imtahanları başa çatdı
-
16:20Müdafiə naziri İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edir (FOTOLAR)
-
14:32İdmançımız Bakıdakı Dünya Kubokunda gümüş medal qazandı
-
14:15Ramil Usubovdan yeni təyinat
-
14:01Sabah hava necə olacaq?
-
13:15Düşmənlə üz-üzə dayanan hərbçilərlə bir gün: təmas xəttindən REPORTAJ
-
12:47Bakı-Yevlax yolunda qar və duman səbəbindən zəncirvari qəza oldu
-
12:31"Lotu Quli"nin 3 adamı tutuldu (FOTO/VİDEO)
-
11:50Bakıda 75 min manata ağac satılır (VİDEO)
-
11:24Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır
-
18:09Azərbaycanlı-çeçen insidentinə çeçen nazirdən reaksiya
-
15:53Ordubada 18, Lerikə 15, Yardımlıya 10 sm qar yağdı - Faktiki hava
-
15:20Pərviz Şahbazov: “Cənub Qaz Dəhlizi”nin icrası yekun mərhələyə daxil olub”
-
15:09İraq İrana neft ixracını dayandırıb
-
14:34Prezident deputatla bağlı sərəncam imzaladı
-
14:29Bakıda sulu qar yağacaq (XƏBƏRDARLIQ)
-
12:18Azərbaycanın ən varlı rayonu hansıdır? - RƏSMİ RƏQƏMLƏR
-
11:40Tanınmış jurnalistə ağır itki üz verib
-
11:36Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
-
11:17Xalq yazıçısı Sabir Əhmədliyə ögey münasibət - NAZİRƏ MÜRACİƏT
-
11:04Fevralın 19-u Bakıya qar yağa bilər (AÇIQLAMA)
-
10:27Leyla Əliyeva “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışında (FOTOLAR)
-
10:15Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda tutulub
-
10:05Azərbaycanda daha bir medal təsis edilir
-
17:32Prezident büdcədən 30 milyon manat ayrıldı (SƏRƏNCAM)
-
16:12Mirşahin Ağayevin qardaşı azadlığa çıxdı
-
15:37"Neftçi" Moldova yığmasının üzvünü transfer etdi (VİDEO)
-
15:30Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir
-
14:45Pensiyaların artırılacağı məbləğ açıqlandı
-
14:10ABŞ-da xərçəng xəstəliyilə bağlı şirkətin azərbaycanlı vitse-prezidenti...
-
13:48Bakıda intensiv yağış yağacaq
17 Fevral 2019
16 Fevral 2019
15 Fevral 2019
Digər xəbərlər
-
Cəmiyyət, Fotolar
Leyla Əliyeva “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışında (FOTOLAR)
-
Cəmiyyət, Fotolar, Qaynari.nfo
Bu qız gər gün Sumqayıtdan Qubaya dərs deməyə gedir (FOTOLAR)
-
Cəmiyyət, Fotolar, Qaynari.nfo
Media yazdı, Eldar Əzizov həll etdi (FOTOLAR)
-
Cəmiyyət, Fotolar
İlham Əliyev əsgərlərlə nahar etdi (FOTOLAR)
-
Cəmiyyət, Fotolar
Azərbaycan xalçaları İsveçdə satışa çıxarılıb (FOTOLAR)
-
Cəmiyyət, Fotolar, Vİdeo
Qaxda ağır yol qəzası: xanım müğənni öldü (FOTO/VİDEO)
-
Cəmiyyət, Fotolar
Zəlzələ bölgəsində sürüşmə faktı aşkarlanıb (FOTOLAR)
-
Cəmiyyət, Fotolar, Vİdeo, Qaynari.nfo
Qubanın dağ kəndində müəllim işləyən bakılı qızı (VİDEO)
-
Cəmiyyət, Fotolar, Vİdeo
Şamaxıda sürüşmə aktivləşib: “Evlərin hamısı çatlayıb” (FOTO/VİDEO)