ATU-nun Tədris Cərrahiyyə Klinikasında vergi yoxlamaları başladı

ATU-nun Tədris Cərrahiyyə Klinikasında vergi yoxlamaları başladı
Vergilər Nazirliyi Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yoxlamalara başlayıb. 

Ann.az xəbər verir ki, "Report”un əldə etdiyi məlumata görə, yoxlamalar noyabrın 1-dən həyata keçirilir və noyabrın 17-nə qədər davam edəcəyi bildirilir. 

Nazirlik klinikanın vergidən yayınması ilə bağlı məlumat əldə edib. Hazırda bura müayinəyə gələnlər başqa xəstəxanalara yönəldilir.

www.ann.az

Xəbər lenti