ATƏT qoşunların təmas xəttində monitorinq keçirib

ATƏT qoşunların təmas xəttində monitorinq keçirib
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Ann.az-a verilən məlumata görə, bu gün Xocavənd rayonu ərazisində baş tutan monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən A.Kaspşiklə yanaşı, onun səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller aparıblar. 

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçiriblər. 


www.ann.az

Xəbər lenti