Asim Mollazadə xarici müşahidəçilərlə görüşüb, ispan jurnalistlərə müsahibə verib

Asim Mollazadə xarici müşahidəçilərlə görüşüb, ispan jurnalistlərə müsahibə verib
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının Azərbaycanda səfərdə olan üzvü Yevgeni Kolyuşin və MSK Aparatının Siyasi partiyalarla qarşılıqlı əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq əməkdaşlıq məsələləri üzrə baş məsləhətçisi İqor Yevlanovla görüşüb.

Ann.az xəbər verir ki, görüşdə ölkəmizdəki ictimai-siyasi vəziyyət, Azərbaycanın seçki sistemi, parlament seçkiləri, Rusiya-Azərbaycan parlamentlərarası əlaqələri müzakirə olunub. Asim Mollazadə qonaqlara partiyanın seçki kampaniyası barədə məlumat verib.

Asim Mollazadə həmçinin MDB dövlətlərindən olan beynəlxalq müşahidəçilər qrupu ilə görüşüb. Görüşdə 9 fevral Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər, ölkədəki ümumi seçki mühiti müzakirə edilib. 

Asim Mollazadə qonaqlara partiyanın seçkilərdə iştirakı, seçki platforması və ümumi fəaliyyəti barədə ətraflı məlumat verib.

DİP sədri İspaniyanın aparıcı KİV-lərinin jurnalistləri ilə də görüşüb. 

Görüşdə Asim Mollazadə Azərbaycandakı ictimai-siyasi vəziyyət,  parlament seçkiləri, partiyanın fəaliyyəti, Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb.
 


www.ann.az

Xəbər lenti