Asim Mollazadə Uruqvay rəhbərliyi ilə görüşdü - FOTOLAR

Asim Mollazadə Uruqvay rəhbərliyi ilə görüşdü - FOTOLAR
Argentina səfərini yekunlaşdıran Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ilə birlikdə Uruqvaya gedib. Səfər zamanı deputatlar Uruqvay parlamentinin spikeri Alexandro Sançez Pereira, Senatın sədri və üzvləri, Uruqvayın vitse-prezidenti Raul Sendic və Uruqvayın xarici işlər naziri Luis Almaqro ilə görüşüblər. 

Bu görüşlərdə Azərbaycan-Uruqvay əlaqələri, parlamentlərarası münasibətlər, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, iki ölkə arasında dostluğun möhkəmləndirilməsilə bağlı fikir mübadiləsi aparılıb. 

Azərbaycan parlament nümayəndə heyəti ikitərəfli enerji əməkdaşlığının həyata keçirilməsi, müvafiq müqavilələrin bağlanması imkanlarını Uruqvayın Dövlət neft şirkəti olan ANCAP-ın vitse-prezidenti Germán Rietlə müzakirə ediblər. ANCAP-la enerji sahəsində əməkdaşlıq  imkanlarını nəzərdən keçirmək üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri ilə görüşlərin keçirilməsi məqsədəuyğun hesab edilib. 

Uruqvay mediası azərbaycanlı parlamentarilərin səfəri barədə geniş materiallar dərc edib.

ANN.Az
 




Xəbər lenti