Asim Mollazadə seçicilərlə görüşdə gəncliyə, xanımlara və azad mediaya xitab etdi (FOTOLAR)

Asim Mollazadə seçicilərlə görüşdə gəncliyə, xanımlara və azad mediaya xitab etdi (FOTOLAR)
9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizədliyini irəli sürmüş Demokratik İslahatlar Partiyasının sədri, Asim Mollazadə bu gün seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.  

Ann.az xəbər verir ki, millət vəkili seçki platformasında prioritet təşkil edən məsələlərə toxunarkən Azərbaycanın müasir dünyanın tələbləri ilə ayaqlaşa bilməsi üçün çoxşaxəli islahatların aparılmasına ehtiyac olduğunu bildirib. Qeyd edib ki, yeni islahatlara peşəkar gənclər cəlb edilməlidir. Bu gənclərin yetişməsi üçün də ölkədə ibtidai təhsildən tutmuş peşə və ali təhsilə qədər bütün sistemdə köklü islahatlar aparılmalıdır. 

Azərbaycanın mühüm nəqliyyat dəhlizi olduğunu vurğulayan deputat gənclərin informasiya-kommunikasiya sahəsində mütəxəssisə çevrilməsinin önəmini qeyd edib. 

Asim Mollazadə çıxışında ölkədə məhkəmə, vergi, gömrük, tibbi sığorta sisteminin islahatları, uşaqların və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində fikir və təkliflərini səsləndirib. Ölkəmizdə azad medianın peşəkar səviyyədə inkişafına zərurət olduğunu deyib.

Millət vəkili qız uşaqlarının təhsildən tez ayrılması, erkən evliliyə cəlb olunması, fiziki zorakılığa məruz qalması kimi neqativ halların aradan qaldırılması üçün qadınları ölkənin ictimai-siyasi həyatında fəal rol oynamağa çağırıb. 

Seçicilər də Asim Mollazadəyə onları və ölkəmizi həm parlamentdə, həm də beynəlxalq qurumlarda ləyaqətlə təmsil etdiyinə görə təşəkkür ediblər. Fevralın 9-da məhz ona səs vermək üçün seçki məntəqələrinə gedəcəklərini bildiriblər.  






www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti