Asim Mollazadə seçicilərini dinlədi (FOTOLAR)

Asim Mollazadə seçicilərini dinlədi (FOTOLAR)
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bu gün Nəsimi rayonunun seçiciləri ilə növbəti onlayn görüşünü keçirib. 

Görüşdə Asim Mollazadə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatların getdiyi bu müddət ərzində seçiciləri narahat edən problemlərlə maraqlanıb.  

Seçicilər millət vəkilinə əsasən tikinti şirkətlərinin fəaliyyətləri ilə bağlı şikayət ediblər. 

Bildiriblər ki, bəzi tikinti şirkətləri ölkənin müharibə şəraitində olmasından sui-istifadə edərək, söküntü işləri zamanı sakinləri incidir, onların mülkiyyət hüquqlarını pozurlar. Hüquqları pozulanlar arasında hətta şəhid ailəsi də var. 

Asim Mollazadə seçicilərə bu yaxınlarda tikinti şirkətlərinin qanunsuz əməlləri, mülkiyyət hüquqlarını kobud şəkildə pozması, vətəndaşları narazı salması barədə Milli Məclisdə məsələ qaldırdığını xatırladıb. 

Qeyd edib ki, bundan sonra da seçiciləri narahat edən problemlərlə bağlı müvafiq instansiyalara intensiv müraciət edəcək və sözügedən problemin həllində onlara yardımçı olmağa çalışacaq. 
 






www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti