Asim Mollazadə MDB-nin seçkiləri müşahidə missiyası ilə görüşdü (FOTO)

Asim Mollazadə MDB-nin seçkiləri müşahidə missiyası ilə görüşdü (FOTO)
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə MDB Parlament Assmbleyasının seçkiləri müşahidə missiyası ilə görüşüb.

Partiyadan Ann.az-a verilən məlumata görə, görüşdə 9 fevralda Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilər və ölkəmizdəki seçkiqabağı vəziyyət müzakirə edilib.

Asim Mollazadə qonaqlara partiyanın ümumi fəaliyyəti, seçkiqabağı plaforması və seçkilərə hazırlıq vəziyyəti ilə bağlı ətraflı məlumat verib.

Xatırladaq ki, DİP sədri Asim Mollazadə deputatı olduğu 22 saylı Nəsimi İkinci Seçki Dairəsindən namizədliyini irəli sürüb. 
 


www.ann.az

Xəbər lenti