ASGA Vətən müharibəsində şəhid olan Allahverdi Babayevə film çəkəcək (VİDEO)

ASGA Vətən müharibəsində şəhid olan Allahverdi Babayevə film çəkəcək (VİDEO)
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Vətən müharibəsində şəhid olan Allahverdi Babayevə film çəkəcək.

Bu barədə ASGA sədri, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov deyib. Onun sözlərinə görə "FÜZULİNİ AZAD EDƏN KİÇİK ÇAVUŞ: Allahverdi Babayev haqqında sənədli film” layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir: 

"ASGA olaraq biz son 3 ildə 5 film ərsəyə gətirmişik. Filmlərin hər biri Qarabağa həsr olunmuşdu. Bundan öncə biz Mingəçevirdən olan, aprel döyüşlərində şəhid olmuş tank komandiri Rahim Tağıyevə, eyni zamanda, 44 günlük Vətən Savaşında Şəhidlik zirvəsinə ucalan Əhmədov Əli İlqar oğlu və Əhmədov İslam İlqar oğluna film çəkmişdik. Bu dəfə isə daha bir Mingəçevir igidini dünya azərbaycanlılarına tanıtmaq niyyətindəyik. Söhbət kiçik çavuş Allahverdi Babayevdən gedir. Allahverdi Babayev 1989-cu il, martın 24-də Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Allahverdi Babayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 

Allahverdi Babayev elə müharibənin ilk günündə şəhadətə qovuşub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Babayev ölümündən sonra"Vətən uğrunda"medalı ilə təltif edilib. Biz filmdə şəhidin yaxın qohumlarını, dostlarını, hərbçi yoldaşlarını danışdıracaq, onun nümunəvi həyat yolunu Azərbaycan gənclərinə təqdim edəcəyik. Artıq peşəkar heyətimiz müəyyənləşmək üzrədir və yaxın günlərdə Mingəçevirdə çəkilişlərə başlayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin. Müraciətimizə müsbət cavab verdiklərinə görə Gəcnclər Fonduna təşəkkür edirəm. Layihənin əsas informasiya tərəfdaşı 7NEWS.az saytı və "TV7 Azerbaijan” internet kanalıdır”.

Ərsəyə gətirilən bəzi filmləri təqdim edirik:

Aprel döyüşlərinin tank komandiri: ŞƏHİDLİYİN RAHİM TAĞIYEV ZİRVƏSİ”


"İKİ ŞƏHİD QARDAŞIN QƏHRƏMANLIQ DASTANI” - sənədli filmi

 
"Qarabağ dünən, Qarabağ bu gün, Qarabağ sabah" filmi


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti