Art Villada gənclər şənliyi - FOTOLAR

Art Villada gənclər şənliyi - FOTOLAR
 L.QasımovaPayızın son günündə Art Villa (Council) qalereyasında gənc, istedadlı, amma hələ məşhur olmayan fotoqrafların sərgisi keçirildi.Bu sərginin mövzusu "Azərbaycan arxitekturası" idi. Gənc fotoqraflar öz şəkillərində bizim qürurumuzu - Azərbaycan arxitekturasının şah əsərlərini təsvir etdilər. Bu, – Gəncədə Nizami Gəncəvinin mavzoleyi, "İçəri Şəhər" qalasının dar küçələri, Lənkəranda Həzi Aslanovun abidəsi, Hökümət Evi, Murtuza Muxtarov məscidi, Qız Qalası, Şirvanşahlar Sarayının günbəzləri və başqalarıdır. İşlərin sayı 40-dan çox idi. Tədbirdə KİV və Televiziya nümayəndələri iştirak edirdilər. Bu axşamın əsas siması  "əbədi bakılı", “KVN”şik, rejissor və publisist Bəhram Bağırzadə idi.Zalda musiqi səslənirdi. Tamaşaçıları ingilis dilində hitlər ifa edən gənc insan əyləndirirdi. O, həmçinin müasir gənclərin inadlı nümayəndəsi kimi görünürdü – toxunma papaq, geniş çərçivəli eynək, dar cinslər, qaytansız narıncı-qəhvəyi çəkmələr və zərif şərf. O elə hisslə ifa edirdi ki, həzzdən gözlərini bağlayırdı. Belə görünürdü ki, buradan xoşu gəlir. Sonra tamaşaçının simpatiya bəslədiyi qalibi müəyyən etmək üçün vərəqələr paylanıldı. Qonaqlar ora işləri ürəyincə olan fotoqrafın adını yazdılar və onları kiçik qutuya atdılar. Qalib Ağa Məhəmmədov çıxdı.  O, orijinal "Hökumət evinin əks edilməsi" fotosu ilə buna müvəffəq olmuşdu. Ümumiyyətlə, bizim istedadlı gənclərimiz bu sərgiyə ciddi yanaşırdılar. İşlər çox peşəkar yerinə yetirilmişdi. Bu, qürur və sevinc hissi doğururdu, ona görə ki, bizim vətənimiz heç vaxt istedadlardan kasad olmayacaq.Və budur, nəhayət, mükafatlandırma mərasimi başlandı. Bütün iştirakçılara diplomlar verildi.İlk 3-lük aşağıdakı qaydada bölündü: 1-ci yer - Eminov Cahandar - "Qalada Qala" işinə görə və "Bizim unudulmaz tariximiz" üçün, 2-ci yer – Daşqın Mürsəlzadə və 3-cü yer- Muxtar Həsənov. Qaliblərə diplomları Bəhram Bağırzadə verdi və onlarla əl tutuşdurdu. Tamaşaçılar hakimlərin qərarını alqışlarlarla salamladılar, hamı üçün sevinirdi və hər kəsi təbrik edirdi. Bəhram gənclərin sevimli işlə məşğul olmaq cəhdlərini yüksək qiymətləndirdi. Bizim zəngin arxitekturamızı təsvir edən bütün bu işlərə baxaraq, öz yaradıcılıq yolunu qədəm qoyan fotoqraflara müvəffəqiyyətlər, mükafatlar, şöhrət və yeni sərgilərin keçirilməsini arzulamaq qaldı.  ANN.Az

Xəbər lenti