Arif Məlikovun abidəsi ucaldılıb

Arif Məlikovun abidəsi ucaldılıb
Xalq artisti Arif Məlikovun məzarı üzərində abidəsi ucaldılıb. 

Bu barədə APA-ya abidənin müəllifi, Xalq rəssamı Ömər Eldarov məlumat verib. 

O bildirib ki, mərhum bəstəkarın qəbirüstü abidəsi ildönümü ərəfəsində ucaldılıb: "Sadəcə karantinə görə bir neçə nəfərlə məzarını ziyarət elədik, geniş açılış mərasimi keçirilmədi”. 

Qeyd edək ki, Arif Məlikov 9 may 2019-cu ildə vəfat edib. O, Fəxri Xiyabanda dəfn edilib. 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti