ARDNF-nin ötən il valyuta hərraclarında satdığı dollar 1,8 dəfə artıb (FOTOLAR)

ARDNF-nin ötən il valyuta hərraclarında satdığı dollar 1,8 dəfə artıb (FOTOLAR)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dekabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən Ann.az-a verilən məlumata görə, ötən ilin dekabr ayında Neft Fondu tərəfindən valyuta hərraclarında 677,1 mln. dollar məbləğində vəsait satılıb.

Ötən ilin noyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 654,1 mln. dollar satıb. Beləliklə, noyabr ayı ilə müqayisədə dekabrda Fond tərəfindən satılan valyutanın həcmi 23 mln. manat və ya 3,52% artıb.
 




www.ann.az

Xəbər lenti