ARDNF bu il AÇG layihəsindən 8 mlrd. dollardan çox gəlir əldə edib

ARDNF bu il AÇG layihəsindən 8 mlrd. dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və "Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 8,296 mlrd. dollar daxil olub.

Ann.az bu barədə ARDNF-a istinadən xəbər verir.

Bu məbləğin 181 mln. dolları "Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.

Məlumata görə, 2001-ci ildən bu il noyabrın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 136,782 mlrd. dollar gəlir əldə olunub.

Fond 2007-ci ildən "Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından isə 2,506 mlrd. dollar əldə edib.

www.ann.az

Xəbər lenti