ARB və Aygün Səmədzadədən "Həsrətə son" - Sənət Qarabağa qayıdır (FOTO/VİDEO)

ARB və Aygün Səmədzadədən
ARB Televiziyası və xalq artisti bəstəkar Aygün Səmədzadə birlikdə maraqlı layihəyə imza atıblar. 

"Həsrətə son" adlı layihə Qarabağın işğaldan azad olunması münasibətilə hazırlanıb. 

Klip Qarabağda düşmən tərəfindən xarabaya çevrilmiş, uçulub-dağıdılmış məkanlarda çəkilib. 

"Vəhşi düşmənin xarabaya çevirdiyi yerlərə biz sənət - gözəllik gətirəcəyik" mesajı verən klipin sonunda yandırılmış torpaqda yenidən xarıbülbülün boy atıb, çiçəkləndiyi görülür. 

Qeyd edək ki, klipin rejissoru İlham Yaşaroğludur. 

Sözü gedən klip haqqında daha ətraflı ARB televiziyasında şənbə günü "Söhbət var" verilişində bəhs ediləcək.  







www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti